Xəzər Xəbər

Əfqanıstan Talibanla atəşkəsi ləğv etdi

Dünya | 13:55 • 30 İyun 2018
Əfqanıstan Talibanla atəşkəsi ləğv etdi
Əfqanıstan prezidenti Əşrəf Qani Taliban hərəkatı ilə atəşkəs rejiminin sona çatdığını bəyan edib.

Bununla Əfqanıstan hökuməti Talibana qarşı silahlı əməliyyatları yenidən bərpa edib.


Əfqanıstan prezidentinin sözlərinə görə, Taliban silahlı hərəkatının bir çox üzvləri sülh istəyir və atəşkəs sübut etdi ki, Taliban müharibədən yorulub. Əşrəf Qani onu da əlavə edib ki, atəşkəs rejimində əfqan milləti birləşməyə hazır olduğunu göstərdi.


"Əfqanıstan hökuməti Taliban hərəkatını silahlı birləşmədən siyasi qruplaşmaya çevirmək istəyir və sülh prosesinin yaradılması üçün bütün cəhdləri edir. Lakin biz talibançılar üçün təhlükəsizlik zonaları yaratmağa, yaxud ərazilərimizi kimlərəsə verməyə hazırlaşmırıq.” – deyə Qani vurğulayıb.

Qeyd edək ki, Ramazan bayramı ilə əlaqədar olaraq, Əfqanıstan prezidenti Əşrəf Qani 11-19 iyun tarixlərində Talibanla birtərəfli qaydada atəşkəs rejimi elan etmişdi. Daha sonra Taliban da Qani hökumətinə qarşı atəşi 3 günlük dayandırdığını bəyan etmişdi.


Xatırladaq ki, Taliban hərəkatı Şeyx Məhəmməd Ömərın başçılığı ilə 1994-cü ildə Qəndəhar şəhərindəki mədrəsədə formalaşdırılıb. 1996-2001-cü illərdə Əfqanıstanda hakimiyyəti ələ keçirib və ölkənin adını "Əfqanıstan İslam Əmirliyi”nə dəyişib. O zaman Talibanın Əfqanıstandakı hakimiyyətini yalnız 3 ölkə - Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə ərəbistanı və Pakistan tanıyıb. 2004-cü ildən isə Pakistanın şimalındakı Vəziristan əyalətini idarə edir.

Silahlı qruplaşmaya çevrilən Taliban hərəkatı Əfqanıstanın islam bayrağı altında birləşməsini, ölkənin şəriət qaydalarilə idarə olunmasını tələb edir. Digər dinlərə qarşı amansız mövqe sərgiləyir. 2003-cü ildən Taliban hərəkatı BMT Təhlükəszilik Şurası tərəfindən terror təşkilatı kimi tanınır. /azvision.az

Xəbər lenti