Xəzər Xəbər

Generaldan şok açıqlama: Çin və Rusiya bizi vuracaq

Dünya | 11:15 • 30 İyun 2018
Generaldan şok açıqlama: Çin və Rusiya bizi vuracaq

Rusiya və Çin kosmik silah üzərində birgə işləyirlər və yaxın gələcəkdə onu istifadəyə verəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri, general Robert Eşli bildirib.

Onun sözlərinə görə, hər iki ölkə həm yerdən, həm də kosmosdan peykləri vurmağa çalışır: "Bununla bağlı hazırda texnologiya hazırlayırlar. Rəqabət intensivləşir. Milli müdafiə strategiyasına diqqət yetirsək, bizim texnoloji üstünlüyümüz getdikcə aradan qalxır".

Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinə dərhal Hərbi Kosmik Qüvvələri formalaşdırmağa başlamaq üçün göstəriş verib.

Xəbər lenti