Xəzər Xəbər

Tramp Türkiyəyə vəd verib

Dünya | 09:29 • 30 İyun 2018
Tramp Türkiyəyə vəd verib
ABŞ prezidenti Donald Tramp Ankara ilə münasibətlərin vacibliyini anlayır və Türkiyəyə F-35 döyüş təyyarələri ilə bağlı məsələdə yardım göstərməyi vəd edib.


XəzərXəbər "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.


"Siyasi dillə deyil, hüquqi dillə də danışmaq lazımdır. F-35 təyyarələri mövzusunda ABŞ Konqresi tərəfindən atılan addımlar Donald Trampı narahat edir. O bu məsələdə lazımi addımlar atacağını söyləyib. Prezident Tramp Türkiyəyə önəm verir və Türkiyə ilə münasibətləri inkişaf etdirmək istəyir”, - deyə Çavuşoğlu vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar