Xəzər Xəbər

Bu, dünyanı iflic edəcək – Mənbələr Trampın yeni PLANINI AÇIQLADI

Dünya | 16:51 • 29 İyun 2018
Bu, dünyanı iflic edəcək

ABŞ prezidenti Donald Tramp ölkəni Ümumdünya Ticarət Təşkilatından çıxarmaq istəyir.

Bu haqda mənbələrə "Axios” nəşri yazıb.

Nəşrin yazdığına görə, Tramp təşkilatdan çıxmaq arzusu haqqında Ağ Evin yüksəkvəzifəli məmurlarına dəfələrlə bildirib. Qeyd edilir ki, belə addım qlobal ticarəti "vəhşi qarışıqlığa” gətirib çıxara bilər.

Ağ Evdəki mənbə həmçinin əlavə edib ki, Tramp Ümumdünya Ticarət Təşkilatı ilə ABŞ-ın münasibətlərinin təsviri üçün qeyri-normativ leksikadan tez-tez istifadə edir. ABŞ prezidentinin sözlərinə görə, təşkilat ABŞ-ı sıxışdırmaq üçün qalan dünya tərəfindən yaradılıb.

Bəzi köməkçilər Trampa izah etməyə çalışırdılar ki, ABŞ Ümumdünya Ticarət Təşkilatından fayda götürür, ancaq Tramp onların arqumentlərinə laqeyd qalıb./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti