Xəzər Xəbər

Fransa miqrant məntəqələri açmaqdan imtina etdi

Dünya | 16:40 • 29 İyun 2018
Fransa miqrant məntəqələri açmaqdan imtina etdi
Fransa öz ərazisində miqrantlar üçün nəzərdə tutulan məntəqələr açmayacaq. 


Bu barədə Fransa prezidenti Emmanuel Makron bəyan edib.


Səbəbini isə Fransanın, miqrantların Avropa qitəsinə gələrkən ilk ayaq basdıqları ölkə olmamasilə izah edib. "Fransa miqrantların ilk dayanma ölkəsi deyil. Bir çoxları bizi buna təhrik etməyə çalşırlar, amma mən bu cəhdləri rədd edirəm. Çünki biz, öz prinsip və iş metodlarımızı vaxtaşırı nəzərdən keçirməməliyik.” – deyə Makron vurğulayıb.


Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Brüsseldəki sammitdə 28 üzv-dövlət 12 saat davam edən danışıqların yekununda miqrantların qəbulu ilə bağlı anlaşma əldə ediblər. Razılığa əsasən, Aralıq dənizi vasitəsilə Yaxın Şərq və Şimali Afrikadan qaçıb gələn miqrantların qəbulu üçün Aİ-yə üzv ölkələrin ərazisində düşərgələr və nəzarət məntəqələri yaradılacaq. Sonra isə həmin düşərgələrdə müvəqqəti yerləşdirilən miqrantlar, onları könüllü surətdə saxlamağa hazır olan Aİ ölkələri arasında bölüşdürüləcəklər. Lakin miqrantları hansı ölkələrin könüllü şəkildə qəbul etməyə hazır olduğu hələ ki bəlli deyil.

Xəbər lenti