Xəzər Xəbər

Türkiyə Rusiya və İrana çağırış etdi

Dünya | 13:24 • 29 İyun 2018
Türkiyə Rusiya və İrana çağırış etdi

Türkiyə Suriya məsələsi ilə əlaqədar Rusiya və İrana çağırış ünvanlayıb.

Trend-in məlumatına görə, Suriyanın Dəra və Kuneytra rayonlarında hökumət qüvvələrinin hücumunu dayandırmaq təklif olunur.

Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy bildirib ki, bu rayonlara hücumlar nəticəsində onlarla dinc sakin həlak olub:

"Biz Astanada imzalanmış saziş əsasında deeskalasiya zonası hesab olunan bölgələrdə hücumları dayandırmağa çağırırıq".

Xəbər lenti