Xəzər Xəbər

Qırğızıstanda qarayara 13 nəfər xəstəxanalıq oldu

Dünya | 12:35 • 29 İyun 2018
Qırğızıstanda qarayara

Qırğızıstanın cənubunda qarayara xəstəliyi ilə əlaqədar 13 nəfər xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, Səhiyyə İdarəsi onların xəstə ev heyvanının ətindən bu xəstəliyə yoluxduqlarının bildirib.

Hazırda həmin xəstələrin vəziyyətinin ağır olmadığı deyilir.

Qeyd olunur ki, son on il ərzində Qırğızıstanda 200-ə yaxın qarayara faktı qeydə alınsa da, onlardan heç biri ağır formaya keçməyib.

Xəbər lenti