Dəməşqin əlində
kimyəvi silah artıq yoxdur. Biz kimyəvi silahdan 5 il bundan əvvəl
imtina etmişik. Bu silahı tətbiq etdiyimiz barədə ittihamlar isə Suriya
ərazisinə müdaxilə üçün başqa dövlətlərin istifadə etdiyi bəhanədir. Xəzərəbər "Euronews”a istinadən xəbər verir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsəd Rusiyanın NTV telekanalına müsahibəsində deyib.
"2013-cü ildən bəri bizim kimyəvi silahımız yoxdur. Amma olsa belə, bu
silhalı müharibədə qələbə çalanda yox, məğlubiyyətə uğrayanda istifadə
edirlər. Bax, elə onlar da (Qərb ölkələri – red.) biz hər qələbə çalanda
faktiki olaraq kimyəvi silahdan istifadə edirlər. Odur ki, bu cür
iddialar məntiqə ziddir və yalnız Suriyadakı terrorçuları dəstəkləmək üçün bəhanə kimi istifadə olunur”, - deyə Əsəd vurğulayıb.
Bundan əvvəl isə Bəşər Əsəd
İordaniya ilə sərhəd əraziləri və İsrailin işğal etdiyi Colan
yüksəkliklərini geri qaytaracaqlarını, həmçinin bütün ölkə üzrə Dəməşqin
leqitim hakimiyyətini bərpa edəcəyini bəyan edib.
Qeyd edək ki, 7 ildir münaqişənin davam ediyi Suriyada bərpa işləri üçün ümumilikdə 350 milyard avro vəsait lazımdır.