Xəzər Xəbər

Türkiyədə seçki bitdi: Hər kəs nəticəni gözləyir

Dünya | 18:08 • 24 İyun 2018
Türkiyədə seçki bitdi:

Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində səsvermə yerli vaxtla 17:00-da başa çatıb.

XəzərXəbər xəbər verir ki, bu barədə Türkiyənin Ali Seçki qurumu məlumat yayıb.

Seçicilər ölkə üzrə qurulan 180 min 65 seçki qutusuna bülletenlərini atıb.

Seçki qurumunun rəhbəri Sadi Güvən bildirib ki, ilkin nəticələr 19:00-dan sonra, yekun nəticə isə 23:00 radələrində açıqlanacaq.

Xəbər lenti