Xəzər Xəbər

Zimbabve prezidentinə canlı yayımda bombalı hücum – Yaralılar var

Dünya | 15:14 • 24 İyun 2018
Zimbabve prezidentinə canlı yayımda bombalı hücum

Zimbabve prezidenti Emmerson Mnanqaqvaya bombalı hücum təşkil olunub.

Hadisə prezidentin seçki mitinqi zamanı baş verib.

Prezidentin sözçüsü Corc Charamba prezident Mnanqaqvaya Bulavayo şəhərindəki seçki mitinqi zamanı sui-qəsd edildiyini açıqlayıb.

Mnanqaqvanın xəsarət almadan xilas olduğu bombalı hücumda, prezidentin köməkçisi Kembo Mohadi və bəzi nazirlərin də aralarında olduğu 8 nəfər yaralanıb.

Sui-qəsdin görüntüləri, dövlət televiziyasında göstərilib.

Xəbər lenti