Xəzər Xəbər

Gürcüstanda dövlət katibi vəzifəsi təsis oluna bilər

Dünya | 15:11 • 23 İyun 2018
Gürcüstanda dövlət katibi vəzifəsi təsis oluna bilər

Gürcüstanda dövlət katibi vəzifəsi yaradıla bilər.

Bu məsələ Gürcüstan hökumətində struktur dəyişikliklərlə bağlı aparılan məsləhətləşmələrdə nəzərdən keçirilir.

Məsləhətləşmələrdə iştirak edən Gürcüstan parlamentinin Elm, təhsil və mədəniyyət komitəsinin sədri Mariam Caşi bildirib ki, dövlət katibi vəzifəsi siyasi vəzifə olmayacaq.

O qeyd edib ki, dövlət katibi siyasi proses və dəyişikliklərə baxmayaraq, konkret sahə üzrə aparıcı menecer olacaq.

Deputat Zviad Kvaçantiradze isə dövlət katibi vəzifəsinin ABŞ dövlət katibi vəzifəsi kimi eyni statusa malik olmayacağını bildirib: "Dövlət katibi institutunun yaradılması ilə bağlı müzakirələr aparılır. Bu vəzifənin təsis olunması islahatların yeni mərhələsidir”. (APA)

Rubrikanın digər xəbərləri

Xəbər lenti