Xəzər Xəbər

ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb

Dünya | 12:00 • 23 İyun 2018
ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb

Nyu-Meksiko ştatında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus yüngül mühərrikli A-29 "Super Tucano” təyyarəsi qəzaya uğrayıb.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, bunu "Holloman” aviabazasının nümayəndəsi bildirib. Onun sözlərinə görə, insident iyunun 22-də yerli vaxtla saat 11:30-da "Red Rio” poliqonu yaxınlığında baş verib. Hadisə nəticəsində xəsarət alan pilot xəstəxanaya yerləşdirilib. Digər hərbçinin aqibəti barədə informasiya isə dəqiqləşdirilir.


A-29 "Super Tucano” Braziliyanın yüngül mühərrikli EMB-314 "Super Tucano” hücum təyyarəsinin ABŞ üçün nəzərdə tutulan modifikasiyasıdır. Pentaqon ondan təlim, kəşfiyyat və aviasiya dəstəyi təyyarəsi kimi istifadə edir.


Xatırladaq ki, may ayının əvvəllərində Corciya ştatında C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədəki 9 hərbçinin hamısı həlak olmuşdu.

Xəbər lenti