Xəzər Xəbər

Ermənistanda sabiq deputat saxlanıldı

Dünya | 09:56 • 22 İyun 2018
Ermənistanda sabiq deputat saxlanıldı

Eks baş nazir Serj Sarkisyanın başçılıq etdiyi partiyanın daha bir üzvü həbs edildi.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, "Respublika” partiyasının üzvü, keçmiş deputat Arkel Movsisyan Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən həbs edilib.

Movsisyanın Ayqek kəndindəki villasında axtarış aparan MTX əməkdaşları sonda onu baş idarəyə aparıblar.

MTX əməkdaşları iki saat ərzində keçmiş deputatın evində silah axtarıblar.

Kənd rəhbəri Varujan Abraamyan Movsisyanın MTX tərəfindən aparıldığını təsdiq edib.

Xəbər lenti