Xəzər Xəbər

Merkel: İrana qarşı addım atılmalıdır

Dünya | 15:45 • 21 İyun 2018
Merkel:

Almaniya kansleri Angela Merkel İordaniyaya səfəri zamanı Kral Abdulla ilə görüşüb. Angela Merkel görüş zamanı İrana qarşı bəyanatlar səsləndirib.

İranın aqressiv meyllərinin olduğunu deyən Merkel, Tehrana qarşı addım atmağın vacibliyini vurğulayıb. "İranın təcavüzkarlığına qarşı addım atılmalıdır",-deyə Merkel əlavə edib.

Qeyd edək ki, Almaniya ABŞ-ın nüvə müqaviləsindən çıxmasına qarşı çıxmış və İranla dialoqun davam etməsini istəmişdi./faktxəbər

Xəbər lenti