Xəzər Xəbər

“Qara ölüm”ün paytaxtı: İnsan sümükləri üzərində qurulan həyat

Dünya | 12:56 • 21 İyun 2018
“Qara ölüm”ün paytaxtı:

"Qara ölüm"- Rusiya paytaxtı Moskvanın hələ də bu ölümün qurbanı olan yüz minlərlə insanın sümükləri üzərində dayandığı deyilir.

XəzərXəbər xəbər verir ki, söhbət Moskvada 15-18-ci əsrlərdə geniş yayılan və çox sayda qurbanı olan taundan gedir. Epidemiyanın ilk dövrlərində ölüləri yandırır və ya ümumi məzarda dəfn edirdilər. Ancaq sonradan onlar üçün xüsusi qəbiristanlıqlar salındı.

Rusiyaya taun ilk dəfə 1352-ci ildə gəlib. İlk yoluxma Pskovda qeydə alınıb, bir məzarda 5 nəfərə qədər qurban dəfn edilib. Şəhəri xilas etmək missiyası arxiyepiskop Vasili Kalikinin öhdəsinə düşüb. O gəlib, xəstələrə şəfa diləyib, şəhərə müqəddəs su çiləyib , amma özü geri qayıdarkən yolda taundan ölüb. Onun nəşi xalqın vidalaşması üçün kilsəyə qoyulub və beləliklə xəstəlik ocağı yaranıb.

Ardınca Novqorodda taun görünüb. 1386-cı ildə Smolenskin bütün əhalisi taundan həlak olub. Sağ qalanların sayı cəmi 10 nəfər idi, onlar sonradan ölü şəhəri tərk etdilər. 2 il sonra şəhərə qayıtdılar və tədricən həyat bərpa edildi.

Rusiyada ikinci taun epidemiyası Moskvadan da yan keçmədi. 1654-cü ildə paytaxtda ilk yoluxma qeydə alındı. İnkubasiya dövrü cəmi bir neçə saat çəkirdi, ardınca hərarət, baş ağrısı və ölüm. Əvvəllər ölü sayı ayda bir neçə yüz nəfər olurdusa, avqust-sentyabrda artıq say minlərlə hesablanırdı. Xəstəliklə mübarizədə oddan istifadəyə qərar verildi. Hər yerdə zastavalar qurulmuşdu. Çar ailəsinin keçdiyi yolda isə böyük bir ərazidə ocaq qalanmışdı. Çünki ərazidə ölmüş qadın cəsədi aşkar edilmişdi.

Türkiyə ilə 1768-1774-cü il müharibələri də taunun yayıldığı dövr oldu. Rus qoşunları taunun yayıldığı Moldova ərazisindən keçirdi. Müharibədən qayıdan əsgərlər özləri ilə xəstəlik də gətirirdi. 1770-ci ildə Bryanskda taun çoxlu can aldı, ardınca Moskvaya çatdı. Çox keçmədən paytaxtda dəhşət başladı, həyat dayandı. Təhsil müəssisləri bağlandı, işlər dayandırıldı. Cəsədlər şəhərdən kənara aparılır və ümumi məzarlıqda dəfn edilirdi. Heç bir dəfn adətinə riayət edilmirdi. Dəfni əsasən məhbuslara həvalə edirdilər. Şəhər demək olar ki, başsız qalmışdı. Nəticədə taun qiyamı başladı.

Epidemiyanın pik dövründə- 11 sentyabrda deyirdilər ki, şəhər qapılarına möcüzəyə qadir olan ikona gətirilib ki, Moskvanı xilas etsin. Moskva arxiyepiskopunun onu gizlətmək barədə tapşırıq verdiyinə dair söhbətlər də gəzirdi. Qəzəblənən əhali Kremlə hücum etdi, monasrtı ələk-vələk etdilər, heç nə tapılmadı. Ancaq bu da onları dayandırmadı, qəzəblənmiş kütlə monastra hücum etdi və arxiyeposkop öldürüldü.

Çox keçmədən İkinci Yekaterinanın əmri ilə Moskva ətrafında xüsusi karantin xəstəxanaları yaradıldı. Xəstəliyi gizlədən şəxslər ömürlük katorqaya göndərilirdi. Onlar barədə xəbər verənləri isə 20 manat mükafat gözləyirdi.

Moskvadakı bir çıx qəbiristanlıqlar 1771-ci ilə məhz taun məzarlığı kimi qeydə alındı. 18-ci əsrə qədər bu qəbiristanlıqlar şəhərdən kənarda idisə, qurban sayının artması onların hüdudlarını şəhərə yaxınlaşdırdı. Həmin ərazilərdə dəfnlər 1930-cu illərə qədər davam etdi. Ancaq 40-ci illərdən başlayaraq ərazidə elit yaşayış kompleksləri salınmağa başladı. Məzarlar barədə artıq heş kəs düşünmürdü, tikinti zamanı üzə çıxan sümüklər gizlincə məhv edilirdi. Çox keçmədən taun qurbanlarının sümükləri üzərində evlər, parklar salındı.


Cebhe.info

Xəbər lenti