Xəzər Xəbər

İndoneziyada gəmi qəzasında ölənlərin sayı artır

Dünya | 09:52 • 21 İyun 2018
İndoneziyada gəmi qəzasında ölənlərin sayı artır

İndoneziyanın Sumatra adasındakı Toba gölündə gəminin qəzaya uğraması nəticəsində itkin düşənlərin sayı 192-yə çatıb.


Xezerxeber.az Anadolu agentliyinə istinadla xəbər verir ki, ölkənin Milli Axtarış və Xilasetmə İdarəsinin (BASARNAS) rəhbəri Muhammed Syauqi gəminin çevrilməsi nəticəsində itkin düşənlərdən 18 nəfərin xilas edildiyini, 4 nəfərin isə həlak olduğunu açıqlayıb. "KM Sinar Bangun” adlı 43 sərnişin tutumuna malik gəmidə 45 xilasedici jiletin olduğu bildirilib.


Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.


İndoneziya Nəqliyyat Nazirliyi 400 nəfərlik heyətin cəlb olunduğu xilasetmə işlərinin ilk mərhələdə əlavə 7 gün davam etdiriləcəyini açıqlayıb.


Qəzanın baş vermə səbəbi kimi əlverişsiz hava şəraiti və gəmiyə həddindən artıq sərnişinin minməsi göstərilib.

Xəbər lenti