Xəzər Xəbər

Türkiyə ordusu Münbiçdə antiterror əməliyyatını qrafikə uyğun davam etdirir

Dünya | 09:29 • 21 İyun 2018
Türkiyə ordusu Münbiçdə antiterror əməliyyatını qrafikə uyğun davam etdirir

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyanın Münbiç bölgəsində YPG/PKK terror qruplaşmasına qarşı həyata keçirdiyi antiterror əməliyyatının ikinci fazası uğurla başa çatıb.


AZƏRTAC qardaş ölkənin rəsmi mənbələrinə istinadla xəbər verir ki, Türkiyə ordusuna məxsus zirehli hərbi texnika TSK-nın nəzarətində olan "Fərat qalxanı” bölgəsindəki Cerablus rayonu ilə Münbiç cəbhə xəttini bir-birindən ayıran Sacu çayı sahillərində fəaliyyətə başlayıb.


Münbiç antiterror əməliyyatı əvvəlcədən müəyyən olunan hərəkət təqviminə uyğun aparılır.


Türkiyənin rəsmi dairələrindən bəyan edilib ki, Qəndil dağları və Kobani şəhəri də terrorçulardan təmizlənəcək.

Xəbər lenti