Xəzər Xəbər

İndoneziyada gəmi qəzası: 2 ölü, 180 itkin var

Dünya | 15:10 • 20 İyun 2018
İndoneziyada gəmi qəzası: 2 ölü, 180 itkin var

İndoneziyanın Şimali Sumatra əyalətində yerləşən Toba gölündə dünən baş vermiş gəmi qəzası nəticəsində azı 2 nəfər həlak olub, 180 nəfər isə itkin düşüb.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yerli hökumət orqanlarının dəqiqləşdirilmiş məlumatına əsasən, gəminin batması ilə nəticələnən hadisədən sonra 18 nəfəri xilas etmək mümkün olub. Axtarış-xilasetmə əməliyyatlarında 350 nəfərə yaxın insan iştirak edir. Qəza zamanı gəmidə neçə sərnişin olduğu dəqiq bilinmir. Güclü dalğa axtarış-xilasetmə işlərini çətinləşdirir.


Sönmüş vulkanın kraterində yerləşən Toba dünyanın vulkanik mənşəli ən böyük gölüdür. Uzunluğu 87 kilometr, eni 27 kilometr olan, maksimal dərinliyi 505 metrə çatan göl turistlər arasında çox populyardır.

Xəbər lenti