Xəzər Xəbər

Minskdə Şərq Tərəfdaşlığı ölkələri XİN rəhbərlərinin görüşü keçiriləcək

Dünya | 14:54 • 20 İyun 2018
Minskdə Şərq Tərəfdaşlığı ölkələri XİN rəhbərlərinin görüşü keçiriləcək

İyunun 21-22-də Belarusun paytaxtı Minsk şəhərində Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin 10-cu qeyri-rəsmi görüşü keçiriləcək.

APA-nın Belarus XİN-ə istinadən verdiyi məlumata görə, görüşə Şərq Tərəfdaşlığı ölkələrinin informasiya texnologiyaları üzrə nazirləri də qatılacaqlar.

Avropa İttifaqı tərəfdən görüşdə Avropanın genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han, rəqəmsal iqtisadiyyat və cəmiyyət üzrə komissar Mariya Qabriyel iştirak edəcək.

Xəbər lenti