Xəzər Xəbər

Bu ölkədə marixuanadan istifadə tam leqallaşdırılıb

Dünya | 12:53 • 20 İyun 2018
Bu ölkədə marixuanadan istifadə tam leqallaşdırılıb

Kanada senatı iyunun 19-da marixuananın satışını və istifadəsini tam leqallaşdırıb.


Xezerxeber.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, qanun layihəsinin lehinə 52, əleyhinə isə 29 deputat səs verib.


Bundan sonra yetkinli yaşına çatan istənilən Kanada vətəndaşı 30 qrama qədər narkotik vasitə ala və öz evində 4 çətənə kolu yetişdirə bilər. Marixuananı, həmçinin online mağazalardan da əldə etmək olar, lakin o, tütün və spirtli içkilər olan yerlərdə satıla bilməz.


Deputatlar, əsasən istifadəçilərin yaşı məsələsində gərgin müzakirə aparıblar. Yaş həddinin 21-ə qaldırılması israr olunsa da, deputatların əksəriyyəti bunun qara bazarın inkişafına səbəb olacağı fikri ilə razılaşıb.


Senatın qərarı Baş nazir Castin Trüdo başda olmaqla Kanada hökumətinin üzvləri tərəfindən alqışlanıb. Səhiyyə naziri Cinnet Petitpas Teylor isə öz növbəsində ölkənin "marixuanaya münasibətdə müdrik, məsul və ədalətli siyasət” dövrünə keçdiyini vurğulayıb.


Qanun faktiki olaraq yalnız iki aydan sonra qüvvəyə minəcək. Hər bir vilayət çətənə satışını nizamlamaq üçün öz qaydalarını hazırlayacaq.


Qeyd edək ki, 2013-cü ildə Uruqvay marixuana istifadəsini tam leqallaşdıran ilk ölkə olub. ABŞ-ın bəzi ştatlarında da analoji qərar qüvvəyə minib.

Xəbər lenti