Xəzər Xəbər

Sakit okeanda batan gəminin bütün heyət üzvləri xilas edilib

Dünya | 12:53 • 20 İyun 2018
Sakit okeanda batan gəminin bütün heyət üzvləri xilas edilib

Sakit okeanın Yaponiyanın şimal-şərq sahillərində batan balıqçı gəmisinin bütün heyət üzvləri xilas edilib.


AZƏRTAC Yaponiya Sahil Xidmətinə istinadla xəbər verir ki, iyunun 20-də səhər saatlarında balıqçı gəmisindən həyəcan siqnalı daxil olub. Gəmi Miyaqi prefekturasının sahillərindən 850 kilometr məsafədə yerləşib.


Koti prefekturasında qeydiyyatda olan "Koryo-maru 68” adlı gəmi digər balıqçı gəmiləri ilə birlikdə ova çıxıb.


İdarənin məlumatında qeyd edilir ki, batan gəminin bütün heyət üzvləri yaxınlıqda yerləşən gəmilər tərəfindən xilas edilib.

Xəbər lenti