Xəzər Xəbər

Osakada yüzlərlə sakin hələ də təxliyə mərkəzlərində qalır

Dünya | 11:57 • 20 İyun 2018
Osakada yüzlərlə sakin hələ də təxliyə mərkəzlərində qalır

Osakada baş verən zəlzələdən 3 gün keçməsinə baxmayaraq, yüzlərlə sakin hələ də təxliyə mərkəzlərində qalır.


AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Takatsuki şəhərində iyunun 20-i səhər saat 6 radələrinə olan məlumata görə, 73 təxliyə mərkəzində 593 sakin yerləşib. Tsutsumi şəhərindəki təxliyə mərkəzində isə 15 nəfərə səhər yeməyi verilib.


Şəhər administrasiyası nümayəndələrinin bildirdiyinə görə, onlar üç gün üçün nəzərdə tutulan ehtiyat düyüdən istifadə edirlər. Hələlik əlavə ərzaq yardımı göndərilməyib.


Bununla yanaşı, ərazidəki bir çox müəssisələrin işini hələ də bərpa etmədiyi bildirilir.

Xəbər lenti