Xəzər Xəbər

Almaniyaya qaçqın axını azalır

Dünya | 11:09 • 20 İyun 2018
Almaniyaya qaçqın axını azalır

Dünyada qaçqınların sayı çoxaldığı halda, onların Almaniyaya axını tədricən azalır.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təqdim etdiyi hesabat bu məlumatı təsdiqləyir. Belə ki, ötən il Almaniyaya gedən qaçqınların sayı 186 644 nəfər olub. 2016-cı ildə müvafiq göstərici 280 min nəfər, daha bir il əvvəl isə ondan beş dəfə çox olub.


Almaniya ən çox qaçqın qəbul edən ölkələrin sırasında altıncı yerdədir. Bu ölkədə 970 min qaçqın var. Birinci sırada Türkiyə (3,5 milyon) yerləşir, ikinci və üçüncü yerləri Pakistan və Uqanda (1,4 milyon) bölüşür.


2017-ci ildə dünyada 68,5 milyon qaçqın olub, onların təqribən yarısı yetkinlik yaşına çatmayanlardır.

Xəbər lenti