Xəzər Xəbər

Qriqoryana iki aylıq həbs verildi

Dünya | 10:22 • 20 İyun 2018
Qriqoryana iki aylıq həbs verildi

İrəvan məhkəməsi Ermənistanın keçmiş müdafiə nazirinin müavini Manvel Qriqoryanın həbsinə qərar verib. Modern.az xəbər verir ki, bu barədə "Sputnik” informasiya yayıb.

Məhkəmənin qərarı ilə Qriqoryan iki ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Manvel Qriqoryan qanunsuz silah gəzdirmə və özgə əmlakını mənimsəməkdə ittham olunub.

Xəbər lenti