Xəzər Xəbər

Türkiyədə seçkilərlə bağlı üç şəhərdə mətbuat mərkəzi fəaliyyət göstərəcək

Dünya | 09:26 • 20 İyun 2018
Türkiyədə seçkilərlə bağlı üç şəhərdə mətbuat mərkəzi fəaliyyət göstərəcək

İyunun 24-də Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkilərini işıqlandırmaq üçün Ankara, İstanbul və Diyarbəkir şəhərlərində KİV təmsilçiləri üçün 3 mətbuat mərkəzi fəaliyyət göstərəcək.


AZƏRTAC xəbər verir ki, mətbuat mərkəzləri Nazirlər Kabinetinin mətbuat və informasiya baş idarəsi tərəfindən təşkil olunacaq. Mərkəzlərdə KİV nümayəndələri üçün bütün texniki şərait yaradılacaq.

Xəbər lenti