Xəzər Xəbər

ABŞ BMT-nin İnsan Hüquqları Şurasını tərk edib

Dünya | 09:11 • 20 İyun 2018
ABŞ BMT-nin İnsan Hüquqları Şurasını tərk edib

ABŞ BMT-nin İnsan Hüquqları Şurasını tərk etməyə qərar verib. 


Xezerxeber.az-ın xəbərinə görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

"ABŞ rəsmi olaraq BMT İHŞ-i tərk edir”, - deyə N.Heyli Dövlət Departamentinin mətbuat konfransında bildirib.

ABŞ dövlət katibi Mayk Pompeo isə BMT İHŞ-in ölkənin milli maraqlarını pozduğunu vurğulayıb: "N.Heyli isə artıq bir ildən çoxdur ki bu təşkilatda islahatlar həyata keçirməyə çalışır”.

"Əgər təşkilat bizim və müttəfiqlərimizin milli maraqlarını pozursa, biz onun üzvü olmaqdan imtina edirik”, - deyə Pompeo qeyd edib.

Xəbər lenti

Çox oxunanlar