Xəzər Xəbər

Ermənistanın sabiq müdafiə nazirinin müavini həbs edilib

Dünya | 09:07 • 20 İyun 2018
Ermənistanın sabiq müdafiə nazirinin müavini həbs edilib

İrəvanda məhkəmə Ermənistanın sabiq müdafiə nazirinin müavini, deputat Manvel Qriqoryanı həbs edib. 


Xezerxeber.az-ın "Sputnik Armeniya”ya istinadən verdiyi xəbərə görə, M.Qriqoryan qanunsuz silah saxlamaqda və başqasının əmlakını mənimsəməkdə təqsirli hesab edilib. Məhkəmə onun barəsində iki ay həbs qətimkan tədbiri seçib.

Manvel Qriqoryan bundan əvvəl deputat toxunulmazlığından məhrum edilib.

Qeyd edək ki, Ermənistanın müdafiə nazirinin sabiq müavini M.Qriqoryan bir neçə gün öncə bağ evində qanunsuz silah və döyüş sursatlarının aşkar edilməsi ilə əlaqədar saxlanılıb. Daha sonra Milli Təhlükəsizlik Bürosunun yaydığı məlumatda deyilir ki, deputat 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinə göndərilmiş yardımı mənimsəməkdə təqsirli bilinir.

Xəbər lenti