Xəzər Xəbər

Türkiyə Sinop bölgəsində də atom elektrik stansiyası tikməyi planlaşdırır

Dünya | 13:55 • 19 İyun 2018
Türkiyə Sinop bölgəsində də atom elektrik stansiyası tikməyi planlaşdırır

Türkiyə ölkənin Sinop bölgəsində də atom elektrik stansiyası (AES) tikmək niyyətindədir.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan məlumat verib. Dövlət başçısı bildirib ki, artıq bu barədə danışıqlar aparılır.


Qeyd edək ki, Rusiyanın layihəsi əsasında Türkiyədə tikilən "Akkuyu” AES-in ilk fazasının 2023-cü ilin yazında istifadə verilməsi nəzərdə tutulur. Rusiya-Türkiyə hökumətlərarası saziş 2010-cu ildə imzalanıb. Layihənin dəyəri 20 milyard dollardır.

Xəbər lenti