Xəzər Xəbər

Ötən il 68 milyondan çox insan qaçqın düşüb

Dünya | 13:28 • 19 İyun 2018
Ötən il 68 milyondan çox insan qaçqın düşüb

Dünyada 2017-ci il ərzində 68 milyondan çox insan hərbi münaqişələr, zorakılıq və təqib qurbanına çevrilərək öz yurdlarını tərk edərək qaçqın düşüblər.


Xezerxeber.az-ın xəbərinə görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

Məlumatda bildirilir ki, bu rəqəm rekord göstərici sayılır. Dünyada hər iki saniyədə orta hesabla ən az bir adam evini tərk etməyə məcburdur. Bildirilib ki, göstərilən rəqəmin yarısını yeniyetmələr təşkil edir.

Məlumatda o da qeyd edilib ki, bu qaçqınlardan 6,3 milyonu Suriya, 2,6 milyonu Əfqanıstan, 2,4 milyonu Cənubi Sudan, 1,1 milyonu Myanmar, 986 mini isə Somalidən qaçqın düşüb.

Vurğulanıb ki, dünyadakı insanların qaçqın düşməsinin həlli yeni və daha əhatəli bir yanaşma tələb edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti