Xəzər Xəbər

Rusiya Dövlət Dumasının sədri Azərbaycana iki günlük səfərə gəlir

Dünya | 13:23 • 19 İyun 2018
Rusiya Dövlət Dumasının sədri Azərbaycana iki günlük səfərə gəlir

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana iki günlük səfərə gəlir. 


Xezerxeber.az bildirir ki, bu barədə APA-nın Moskva müxbirinə Rusiya Dövlət Dumasından məlumat verilib. Bildirilib ki, Duma sədri iyunun 24-25-də Azərbaycanda səfərdə olacaq.

Səfər çərçivəsində Vyaçeslav Volodinin Azərbaycan prezidenti və Milli Məclisin sədri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə Azərbaycan-Rusiya münasibətləri, iki ölkə arasında parlamentlər səviyyəsində əlaqələrin inkişafı müzakirə olunacaq.

Xəbər lenti