Xəzər Xəbər

Türkiyə Antarktidada elmi baza qurmağı planlaşdırır

Dünya | 15:45 • 18 İyun 2018
Türkiyə Antarktidada elmi baza qurmağı planlaşdırır

Türkiyə 2019-cu ildə Antarktidada elmi baza qurmağı planlaşdırır.


Xezerxeber.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə tvitter səhifəsində yazıb. O qeyd edib ki, Antarktidada artıq 30 ölkənin obyektləri var.


Türkiyə Prezidentinin sözlərinə görə, ölkəsi Antarktidada elmi stansiyaya malik deyil, amma 2019-cu ildə vəziyyət dəyişəcək. Gələn il Antarktidada elmi baza quraşdırılacaq.


Xatırladaq ki, Türkiyə 1959-cu ildə Vaşinqtonda imzalanan Antarktida haqqında Müqavilənin iştirakçılarından biridir. Müqaviləyə əsasən, cənub qütb zonasında yalnız elmi fəaliyyətə icazə verilir. Hazırda Rusiya, ABŞ, Çin, Yaponiya, Yeni Zelandiya və Avropa ölkələri də daxil olmaqla, 50-dən artıq ölkə müqavilənin iştirakçısıdır.


Soyuq qitədə təxminən 90 daimi və mövsümi qütb stansiyası fəaliyyət göstərir.

Xəbər lenti