Xəzər Xəbər

Hindistanda sel fəlakəti: 17 ölü

Dünya | 09:35 • 18 İyun 2018
Hindistanda sel fəlakəti: 17 ölü

Hindistanın şimal-şərqindəki Assam əyalətində musson yağışlarının səbəb olduğu sellər nəticəsində 17 adamın öldüyü bildirilir.


Xezerxeber.az Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, musson yağışları ölkənin bir çox bölgəsində su daşqınlarına yol açıb.


Assamda son 4 gündə 17 nəfərin həyatını itirdiyi, 42 min 500 nəfərin seldən əziyyət çəkdiyi bildirilib. Bölgədəki 3 min 292 hektar sahədə 716 kəndin su altında qaldığı, minlərlə insanın təhlükəsiz ərazilərə evakuasiya edildiyi qeyd olunub.


Meteorologiya Agentliyindən verilən açıqlamada yağışların digər bölgələrdə də təsirli olacağı barədə xəbərdarlıq edilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti