Xəzər Xəbər

ABŞ-da sərgidə atışmada 20 nəfər yaralanıb

Dünya | 17:19 • 17 İyun 2018
ABŞ-da sərgidə atışmada 20 nəfər yaralanıb

Amerika Birləşmiş Ştatlarının Nyu Cersi ştatının Trenton şəhərində yerləşən "Art All Night" sərgisində naməlum şəxs tərəfindən açılan atəş nəticəsində 20 nəfər yaralanıb.


Xezerxeber.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, atəş açmaqda şübhəli bilinən şəxs ölüb. Hadisə yerli vaxtla gecə saat 3 radələrində baş verib.


Merser rayonunun prokuroru Ancelo Onofri bildirib ki, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər, həmçinin atışmada digər şübhəli şəxs tutulub.

Xəbər lenti