Xəzər Xəbər

ABŞ-da sərgidə atışma olub, ölən və yaralananlar var

Dünya | 16:17 • 17 İyun 2018
ABŞ-da sərgidə atışma olub, ölən və yaralananlar var

Bu gün ABŞ-ın Nyu-Cersi ştatının Trenton şəhərində sərgidə atışma olub, bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.


Xezerxeber.az-ın məlumatına görə, bu barədə "Trentonian" qəzeti polisə istinadən məlumat yayıb.


Hadisə yerli vaxtla saat 3.00 radələrində 24 saat fəaliyyət göstərən gündəlik sərgidə baş verib. Polis atışma nəticəsində 1 nəfərin öldüyünü təsdiqləyib, yaralıların sayının isə dəqiqləşdirildiyini bildirib. Polis leytenantı Darren Zappli deyib ki, 6, yaxud 7 yaralı ola bilər.


Atışmanın səbəbi məlum deyil. Sərgidə atış açdığı ehtimal olunan bir neçə şübhəli var. Hadisə zamanı sərgidə olan polislər cavab atəşi açıblar.

Xəbər lenti