Xəzər Xəbər

Ərdoğanın partiyasına hücum 3 ölü, 9 yaralı

Dünya | 10:43 • 15 İyun 2018
Ərdoğanın partiyasına hücum
Türkiyənin Şanlıurfa şəhərində hakim Ədalət və İnkişaf partiyasının (AKP) üzvlərinə silahlı hücum olub.


XəzərXəbər Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suruç rayonunda AKP-li millət vəkili İbrahim Yıldız və onunla birlikdə seçki kampaniyası aparan partiya üzvləri HDP tərəfdarlarının hücumuna məruz qalıb.



Baş verən insident nəticəsində deputat xəsarət almasa da, 3 nəfər ölüb. Hücum zamanı 9 nəfərin yaralandığı, ölən şəxslərdən birinin deputatın qardaşı olduğu bildirilir.

Polisin ərazini nəzarətə götürüb.

Xəbər lenti