Xəzər Xəbər

KİV: Kim Çen In Trampla görüşündə boyuna görə platforma ayaqqabı geyinib

Dünya | 16:25 • 13 İyun 2018
KİV:

Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla görüşünə ehtimal ki, gizli platformalı ayaqqabı geyinib. Bu barədə Cənubi Koreyanın «Tona İlbo» qəzeti məlumat verib. Nəşr bildirir ki, bu iki dövlət başçısı arasında boy fərqini azaltmaq üçün edilib.

Məqalədə deyilir ki, KXDR lideri Amerika prezidentindən təqribən 20 sm balacadır. Lakin Sinqapurda keçirilən sammitin foto və videolarda Kim Çen In və Tramp aroasında boy fərqi o qədər də sezilmir.

«Sammit zamanı Kim Çen In başını qaldırmadan Trampın gözlərinə baxa bilirdi. Həmçinin iki lider yanaşı durduqda boy fərqi təqribən 10 sm civarında görünürdü. Trampa məğlub olmamaq üçün Kim Çen In ayaqqabının hündürlüyünü qaldıra, dabanını yüksəldə, yaxud da içliyini hündür edə bilərdi», - deyə qəzet bildirir.

Gizli platforma versiyasını sübut eləmək üçün nəşr Trampın Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin sədri Kim Yon Çxolla şəklini nümunə gətirir. Məlumdur ki, Kim Çen In ilə şimali koreyalı məmur bir boydadır, lakin Trampla görüşdə Kim Yon Çxol Amerika prezidentindən bir baş aşağı görünür./faktxəbər

Xəbər lenti