Xəzər Xəbər

Hindistanda ağır yol qəzası 17 nəfər öldü

Dünya | 10:22 • 13 İyun 2018
Hindistanda ağır yol qəzası

Hindistanın Uttar-Pradeş ştatında sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, yol qəzası nəticəsində azı 17 nəfər həlak olub, 12 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

İlkin məlumata əsasən, sərnişin avtobusu ötmə əməliyyatı etmək istəyərkən maneəyə çırpılıb və aşıb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Xəbər lenti