Makedoniya respublikasının adının dəyişdirilməsinə qərar verilib. Bu barədə ölkənin baş naziri Zoran Zaev mətbuata açıqlamasında bildirib.
O, qeyd edib ki, Makedoniyanın adı dəyişdirilərək Şimali Makedoniya olacaq. Bu qərardan sonra Makedoniyanın Avropa İttifaqı və NATO ilə danışıqlara başlaması gözlənilir.