Rusiya ilə onun
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) müttəfiqləri,
xüsusən də İrəvan arasında gərginliyə səbəb olan ciddi mübahisəli
vəziyyət yaranıb.
"Kommersant” bildirir ki, Moskva KTMT-yə üzv dövlətin
ərazisində, o cümlədən Ermənistanda ABŞ laboratoriyalarının
yeləşdirilməsindən hədsiz narazıdır.
"Kommersant”ın yazıdığına görə ki, Rusiya XİN-in rəhbəri Sergey Lavrov Alma-Atada keçirilən KTMT xarici işlər nazirləri toplantısında bu məsələni qaldırıb. Lavrov Ermənistan və Qazaxıstan ərazisindəki ABŞ-ın maliyyə dəstəyilə açılan və fəaliyyət göstərən laboratoriyaların Rusiyanı narahat etdiyini bildirib.
Belə
laboratoriyalar Ukrayna və Gürcüstanda da var. Qeyd olunur ki,
Rusiyanın xüsusi xidmət orqanları və alimləri Amerikanın nəzarətində
olan bu cür laboratoriyaların postsovet məkanında yaradılması və
yayılmasından narahatdırlar. Çünki həmin laboratoriyalar sonda hansısa
yolla Rusiyaya qarşı istifadə oluna bilər.
Laboratoriyaların Qərbi Avropa
ölkələrində yox, nədənsə Rusiyanın yaxın ətrafında – inqilab və dövlət
çevirişlərinin baş verdiyi və onun əsas müttəfiqləri olan postsovet
dövlətlərində yerləşdirilməsi suallar doğurur.
"Kommersant” yazır ki, Moskva
həmin laboratoriyalara giriş əldə etmək istəyir. Hətta bioloji
tədqiqatlar sahəsində əməkdaşlıqla bağlı İrəvanla ayrıca sənədin
imzalanması da müzakirə olunur. Moskva hesab edir ki, bu, rus mütəxəssislərinə Ermənistandakı ABŞ laboratoriyalarına girişi təmin edəcək. Çünki ABŞ
laboratoriyaları heç də bəyan etdikləri məqsəd və vəzifələrə -
Ermənistanda epidemioloji təhlükəsizliyin yüksəldilməsinə xidmət etmir.
Moskvanın
İrəvanla bağlı narahatlığı anlaşılandır. Bundan öncə "Kommersant”
yazmışdı ki, Ermənistan baş naziri Nikol Paşinyan ən vacib postlardan
biri – müdafiə naziri vəzifəsinə 2004-2007-ci illərdə Ermənistan silahlı
qüvvələrinin NATO-dakı nümayəndəsi, konkret olaraq, NATO və ABŞ
kəşfiyyatına işləmiş David Tonoyanı təyin edib. Sübut olunub ki,
Tonoyan Ermənistanda Amerikaya məxsus biolaboratoriyalar şəbəkəsinin
yaradılması üzrə layihənin koordinatorudur. Və artıq Gürcüstan və
Ukraynada "uğurlu” fəaliyyət göstərən belə laboratoriyalar epidemioloji
tədqiqatlar yox, bioloji silah yaradılması üzərində işləyir. Rusiya
üçünsə bu, müttəfiqinin potensial təhdid mənbəyi olması deməkdir. /azvision.az