Səudiyyə Ərəbistanı ABŞ-dan qorxdu:
Rusiyadan `S-400` alınmayacaq
Dünya
|
13:38 • 12 İyun 2018
Səudiyyə Ərəbistanı rəhbərliyi ABŞ
təsyiqlərindən sonra Rusiyaya sifəriş verdiyi "S-400" zenit-raket
kompleksini almaqdan imtina edib. Bu barədə "RT"
məlumat yayıb.
Hərbi elmlər doktoru, Rusiyanın Raket və Artilleriya Akademiyasının
müxbir üzvü Konstantin Sivkov məlumatı təsdiqləyib: "Səudiyyə Ərəbistanı
Rusiyaya raket əleyhinə müdafiə sistemi üçün müraciət edib, lakin
ABŞ-ın təzyiqinə tab gətirə bilməyib, sazişdən imtina edib. Türkiyə də
ABŞ administrasiyası tərəfindən təzyiq altındadır, amma Ankara "S-400"
sistemini almaq qərarına gəlib"./FaktXəbər