Xəzər Xəbər

ABŞ-KXDR sammiti: təhlükəsizlik zəmanətinin əvəzinə nüvəsizləşdirmə öhdəliyi

Dünya | 13:40 • 12 İyun 2018
ABŞ-KXDR sammiti:

ABŞ tərəfdən təhlükəsizlik zəmanətinin əvəzinə KXDR üzərinə Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə öhdəlik götürür.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu müddəa Sinqapurda baş tutan samitin nəticələrinə əsasən, KXDR lideri Kim Çen Inın ABŞ Prezidenti Donald Trampla birgə imzaladığı sənəddə əksini tapıb.

Vaşinqton Administrasiyası rəhbəri sənədi jurnalistlərə göstərib. Onlar da sənədin şəklini çəkməyə müvəffəq olublar. Tramp "KXDR-ə təhlükəsizlik zəmanətinin verilməsi öhdəliyini öz üzərinə götürür. KXDR sədri Kim Çen In isə öz növbəsində Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində sarsılmaz mövqeyini təsdiqləyir”, - deyə sənəddə qeyd olunub.

Həmçinin sənəddə iki ölkənin üzərlərinə yeni formatda ikitərəfli münasibətlər qurmaq öhdəliyi də götürdükləri deyilir.

Xəbər lenti