Xəzər Xəbər

Dünya mediası və sosial şəbəkələr bu fotodan danışır: "G-7" toplantısında çəkildi

Dünya | 14:56 • 10 İyun 2018
Dünya mediası və sosial şəbəkələr bu fotodan danışır:

Kanadada keçirilən G-7 Liderlər Sammitinin ikinci günündə ABŞ prezidenti Donald Tramp ilə digər liderlər arasında baş verən gərginliyin fotoları dünya miqyasında müzakirələrə səbəb olub.

Amerikanın "gömrük vergisi” qərarından sonra ölkənin prezidenti Yaponiya, Almaniya, Fransa, İngiltərə, Kanada və İtaliya liderləri ilə bir araya gəlib.

Toplantıya liderlər arasındakı gərginlik damğasını vurub. Görüşdə çəkilən bir foto dünya mediasında və sosial şəbəkələrdə geniş əks-səda doğurub.

ABŞ prezidenti ölkəsinin polad və aliminum idxalına gətirdiyi gömrük vergisinə qarşı addım atmağı planlaşdıran ölkələrə "qarşılıq verərlərsə, səhv edərlər” xəbərdarlığını edib.

Qeyd edək ki, Tramp sammiti vaxtından əvvəl tərk edərək, Şimali Koreya lideri Kim Çen Inla görüşmək üçün Sinqapura uçub.

publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti