Xəzər Xəbər

Avropa ölkəsi 28 ildən sonra ayağa qalxdı: Parlament etiraz aksiyaları keçirir

Dünya | 14:31 • 10 İyun 2018
Avropa ölkəsi 28 ildən sonra ayağa qalxdı:

Rumıniyanın paytaxtı Bükreşdə etiraz aksiyaları keçirilib.

Xalq Sosial Demokrat Partiyası ilə Liberal və Demokratlar Birliyi partiyalarının təşkil etdiyi aksiyada "paralel dövlət” və vəzifəsindən sui-istifadə edən hakimlər protest edilib.

Aksiyalarda yüz mindən çox insan iştirak edib. Hazırda ölkədə hökumət və hökuməti quran partiyaların üzvləri olan millət vəkilləri ilə bələdiyyə başçıları vəzifədən sui-istifadədə ittiham edilir. Buna görə də hökumət hakimlərə paralel bir dövlət tərəfindən nəzarət edildiyi və siyasətçilərin təzyiq altında olması səbəbilə ölkəni idarə edə bilmədiklərini iddia edir.

Sosial demokratlar tərəfindən təşkil edilən mitinq 1990-cı ildən bu yana bir partiyanın həyata keçirdiyi ən böyük etiraz aksiyası olub. Etirazçılar "ədalət istəyirik”, "paralel dövlətə son”, "azadlıq və rahatlıq istəyirik”, "Polis və siyasət istəmirik” yazıları olan pankartlar açıb.

Mitinq meydanına gələrək xalqa səslənən Senatın prezidenti Kalin Popesku Tasiseanu demokratik ölkə qurulana qədər savaşacaqlarını bildirib.

Rumıniyanın prezidenti Klaus Yohannis isə mətbuata verdiyi açıqlamada hökumətdəki pariyatının etiraz aksiyası təşkil etməyinin normal olmadığını və aksiyaların müxalifət tərəfindən ya da hökumətdən məmun qalmayan xalq tərəfindən həyata keçirilə biləcəyini deyib:

"Normalda hökumət aksiya keçirməz. Parlament onlardadır. Ölkənin problemlərini həll edəcək bütün yollara sahibdirlər. Məncə, bu, populist bir yanaşmadır”./publika.az

Xəbər lenti