Xəzər Xəbər

Kim Çen In Sinqapura gəlib

Dünya | 12:20 • 10 İyun 2018
Kim Çen In Sinqapura gəlib

Şimali Koreyanın Air Koryo aviaşirkətinə məxsus təyyarə və Kim Çen Inın təyyarəsi Sinqapurun Çanqi beynəlxalq hava limanına enib.

XəzərXəbər bildirir ki, bu barədə NHK xəbər verib. Şimali Koreya liderini aeroportda Sinqapurun XİN rəhbəri Vivian Balakrişnan qarşılayıb.

Telekanalın məlumata görə, İl-76 təyyarəsi Sinqapura Şimali Koreya lideri Kim Çen Inın şəxsi avtomobilini də gətirib.

Qeyd edək ki, bu gün Sinqapurda ABŞ prezidenti Donald Tramp və Kim Çen In arasında görüş gözlənilir.

Xəbər lenti