Xəzər Xəbər

BMT-nin baş katibi Moskvaya səfər edəcək

Dünya | 12:54 • 9 İyun 2018
BMT-nin baş katibi Moskvaya səfər edəcək

BMT-nin baş katibi Antoniu Quterreş Moskvaya səfər edəcək.


Xezerxeber.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində A.Quterreş Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

"Baş katib həmçinin iyunun 20-də "Lujniki” stadionunda Portuqaliya-Mərakeş matçını izləyəcək”, deyə S.Düjarrik qeyd edib.

Qeyd edək ki, futbol üzrə XXI dünya çempionatı Rusiyada iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

Xəbər lenti