Xəzər Xəbər

“Taliban” hərəkatı atəşkəs barədə hökumətin təklifini qəbul edib

Dünya | 11:43 • 9 İyun 2018
“Taliban” hərəkatı atəşkəs barədə hökumətin təklifini qəbul edib

Əfqanıstan hökumətinin ardından "Taliban” hərəkatı da İd-ul-fitr bayramı ilə əlaqədar 3 günlük atəşkəs elan edib.


Xezerxeber.az xəbər verir ki, Pajhwok agentliyinin yaydığı məlumata görə, "Taliban” hərəkatı, həmçinin Qərb qoşunlarına qarşı hərbi əməliyyatları davam etdirəcəyini bildirib.


Xatırladaq ki, iyunun 7-də Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Ramazan ayının 27-dən (11 iyun) İd-ul-fitr bayramının 5-ci gününə (19 iyun) qədər ölkədə birtərəfli qaydada atəşkəs rejimi elan etmişdi. Əşrəf Qaninin sözlərinə görə, atəşkəs İŞİD qruplaşmasına və xarici qüvvələrin dəstəklədiyi digər terror təşkilatlarına şamil olunmur.

Xəbər lenti