Xəzər Xəbər

İtaliyada torpaq sürüşməsi baş verib

Dünya | 09:46 • 9 İyun 2018
İtaliyada torpaq sürüşməsi baş verib

Cümə axşamı İtaliyaya yağan güclü yağışlardan sonra Turin şəhərinin Susa vadisində torpaq sürüşməsi baş verib.


Təbii fəlakət nəticəsində 5 evə ziyan dəyib, 120 nəfər təxliyə edilib.


Təxliyə olunanlar Qırmızı Xaç Cəmiyyəti tərəfindən təşkil edilən mərkəzdə gecələyiblər. Xəsarət alan üç nəfər müayinədən keçmək üçün xəstəxanaya çatdırılıb.


Sinoptiklər qeyri-sabit hava şəraitinin davam edəcəyini bildiriblər. (AZƏRTAC)

Xəbər lenti