Xəzər Xəbər

Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

Dünya | 09:13 • 9 İyun 2018
Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

Bu gün BMT-nin Baş Assambleyası Təhlükəsizlik Şurasına iki il müddətinə - 2019-2020-ci illər üçün beş yeni qeyri-daimi üzv seçib.


Xezerxeber.az xəbər verir ki, bu üzvlərdən biri Almaniya olub. Avropa ölkələrindən Belçika da Təhlükəsizlik Şurasında qeyri-daimi yer alıb. İsrail öz müraciətini geri götürdükdən sonra Belçika və AFR Qərb ölkələri üçün ayrılan iki yerə yeganə namizəd idilər.


BMT Təhlükəsizlik Şurasındakı digər yerləri CAR, Dominikan Respublikası və İndoneziya tutublar. Bütün bu dövlətlər BMT-yə üzv ölkələrin lazımi səslərin üçdə iki hissəsindən daha çox səs qazanıblar.

Xəbər lenti