Xəzər Xəbər

Roma metrosunda partlayış həyəcanı yaşanıb

Dünya | 09:07 • 9 İyun 2018
Roma metrosunda partlayış həyəcanı yaşanıb

Roma metrosunda partlayış həyəcanı yaşanıb.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə "Polikliniko” stansiyasında baş verib. Naqilin qırılması ilə meydana gələn qığılcımlar və tüstü partlayış qorxusu yaratdığından hadisə yerinə qəza-xilasetmə xidmətinin əməkdaşları çağırılıb. Partlayış həyəcanı Roma metrosunun B xəttində hərəkətin dayanmasına səbəb olub. Stansiyasına çatmaqda olan qatar tuneldə dayandırılıb və sərnişinlər təxliyə edilib.


Xəsarət alanlarla bağlı məlumat verilmir.

Xəbər lenti