Xəzər Xəbər

Donald Tramp Məhəmməd Əliyə bəraət verə bilər

Dünya | 17:16 • 8 İyun 2018
Donald Tramp Məhəmməd Əliyə bəraət verə bilər

ABŞ Prezidenti Donald Tramp mərhum boksçu Məhəmməd Əliyə ölümündən sonra bəraət verə bilər.


Trend-in məlumatına görə, bu barədə D.Tramp özü bildirib.


Qeyd edək ki, Məhəmməd Əli 1967-ci ildə Vyetnam müharibəsi zamanı hərbi çağırışdan yayındığı üçün 5 il müddətinə həbs cəzasına məhkum edilmişdi.


Bir müddət əvvəl Donald Tramp digər boksçu – 1913-cü ildə irqi ayrı-seçkilik zəminində həbs olunmuş Cek Consona da ölümündən sonra bəraət vermişdi.

Xəbər lenti